Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla belə din ilə dövlət Azərbaycan xalqının mənafeyi naminə birgə fəaliyyət göstərir. Bu birlik bizi ümumi, yüksək amallar ətrafında daha sıx birləşdirir. Bu amallar özündə xalqımızın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, ölkədə sabitliyi daim qorumaq və yüksək səviyyədə saxlamaq, xalqın rifah halının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasını təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq istəklərini yaşadır.
Çoxmillətli və çox konfessiyalı ölkə olan müstəqil Azərbaycan Respublikasının bütöv bir tarixi mərhələsi bilavasitə ümummilli lider H.əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ictimai siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət-din münasibətlərinin sivil prinsiplərinə uyğun olaraq tənzimlənməsində, dini etiqad və vicdan azadlığının maneəsiz təminatında, dini-mənəvi, etik-əxlaqi dəyərlərin cəmiyyətin prioritet yaşayış formalarına çevrilməsində müstəsna xidmətlər göstərmiş, bu sahədə özundən sonra böyük siyasi ənənə və dövlətçilik təcrübəsi miras qoymuşdur.
şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda tarixən müxtəlif dinlərə və mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi həmişə sülh və əmin-amanlıq şəraitində yaşamışlar. 2011-ci ildə Bakıda keçirilən “XXI əsr - ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forumda çıxış edən Prezidentimiz cənab i.əliyev tarixən ölkəmizin milli və dini dözümlülük ənənəsinə malik olduğunu vurğulayaraq demişdir: “Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.”
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov həmişə vurğulayır ki, doğrudan da, tolerantlığın nümunəvi bir Azərbaycan modeli var. O qeyd edir ki, mən yəhudi etnosundanam. Yəhudilərə münasibətdən, onların yaşam tərzindən və şəraitindən çıxış edərək deyə bilərəm ki, Azərbaycan dövləti qədər nə MDB məkanında, nə də bütövlükdə dünya miqyasında tolerantlıq nümunəsi ola biləcək ikinci bir dövlət yoxdur. Bütün millətlərin nümayəndələri Azərbaycanda özünü çox rahat və doğma hiss edirlər. Tarixi mənbələr göstərir ki, Azərbaycanda yəhudilər artıq 2500 ilə yaxındır ki yaşayırlar. O da təqdirə layiqdir ki, bu gün BDU-da “ivrit” fakültəsi var. Dünyanın beşiyi sayılan Fransa kimi bir ölkədə yəhudi qəbrstanlığı, sinaqoqları dəfələrlə təhqir olunduğu halda Azərbaycanda belə hadisələrə heç vaxt yol verilməyib.
Məlumdur ki, dünyada yəhudilərin kompakt yaşadığı iki yer var. Bunlardan biri Yerusəlim, digəri isə Qubadır. Avropalılara və hətta Avropa şurasının sədrinə Qubada bir-birindən 150 metr məsafədə məscid, kilsə və sionaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər.
istər dini, istərsə də milli baxımdan Azərbaycan bütün dünya üçün açıq olan bir dövlətdir. Bu yaxınlarda Bakıda dövlət ehtiyacı ilə bağlı yəhudilərin ibadət etdiyi sinaqoq sökülməli oldu. Bu məsələ ortaya çıxanda ölkə rəhbəri ilham əliyev cənabları göstəriş verdi ki, yeni sinaqoq tikilənə qədər ona toxunulmasın. Hansı ölkədə belə tolerantlıq mövcuddur? Bakıda çox az sayda katolik vardır, lakin buna baxmayaraq onlar üçün katolik kilsəsi tikilmişdir. Bu cür faktlar Azərbaycanın tolerantlıq baxımından həqiqətən nümunə olacaq bir model olduğuna sübutdur.
Hazırda ölkəmizdə formalaşmış dini tolerantlıq mühitinin qorunub-saxlanması və onun daha da möhkəmləndirilməsində mühüm mövqe tutan prezident i.əliyevin bu sahədə həyata keçirdiyi geniş tədbirlər praktiki və nəzəri cəhətdən araşdırılmışdır. Məhz onun dini tolerantlığın möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində respublikamızda rəsmi olaraq 525 islam yönlü, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə və 6 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 1802 məscid, 550-yə yaxın pir və ziyarətgah bərpa və təmir edilərək, dindarların ixiyarına verilmişdir.
Bəli, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının mümkün olduğu unikal, nümunə bir ölkədir. Ölkəmizdə tarixən hər zaman qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli, mədəni və dini münasibətlər mövcud olub, heç zaman milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində analoqu olmayan təcrübəsi beynəlxalq miqyasda yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi özünü Roma katolik Kilsəsinin sabiq başçısı II ioann Pavelin 2002-ci ildə respublikamıza etdiyi tarixi səfəri zamanı da göstərdi. Bakıda olarkən o, Azərbaycandakı tarixi birgə yaşayış və dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.
Ölkə Prezidenti ilham əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını əsas dini bayramlar münasibəti ilə təbrik edir. Yəni ki, tarixən Azərbaycanda formalaşmış tolerantlıq, qarşılıqlı ehtiram cəmiyyətimizi səciyyələndirən xüsusiyyətlərdir. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətlər hər zaman yüksək səviyyədədir.
Qeyd etdiyim kimi, Azərbaycan müxtəlif millətlərə və dinlərə mənsub insanların birgə həm də mehriban yaşadığı bir ölkə, şərqlə Qərb, Qərblə islam dünyası arasında bir körpü olmaqla mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir .
Bu cür milli siyasətin məntiqi nəticəsidir ki, son illərdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər bizin ölkəmizdə keçirilmişdir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan mədəniyyətlərarası dialoq üçün ən münasib bir mərkəzə çevrilmişdir. Prezident ilham əliyev Avropa və qonşu, region ölkələrin mədəniyyət nazirlərinin 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransındakı nitqində müxtəlif xalqlar və millətlər arasında mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürmüşdür. Bundan sonra Azərbaycan paytaxtının bu yöndə ev sahibliyi etdiyi daha bir mötəbər beynəlxalq məclisdə - 2009-cu il oktyabrın 13-dən 15-dək davam etmiş islam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdir.
2010-cu ildə Bakıda keçirilən Dünya dinləri liderlərinin Zirvə Görüşündə də Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan milli-mədəni və dini münasibətlərin mövcud olması dünyanın müxtəlif regionlarının tədbirdə iştirak edən nüfuzlu din xadimləri tərəfindən də təsdiq edilmişdir.
2011-ci ilin aprelin 7-9-da Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bir daha göstərdi ki, Azərbaycan belə forumlar təşkil etməklə xalqları bir-birinə yaxınlaşdırmağa və sülhün qorunub saxlanılmasına böyük səy və xidmət göstərir. Forumda mədəniyyətlərarası dialoqa mühüm töhfə verə biləcək müzakirələr aparılmış, vacib qərarlar qəbul edilmişdir.
Azərbaycanın Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsi Dialoq və əməkdaşlıq uğrunda islam Konfransının Gənclər Forumu ilə birlikdə 2012-ci il dekabrında “Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəxalq Bakı Forumu keçirilmişdir. Forumun yekunu olaraq “Bakı platforması” qəbul olunmuşdur. Sənəddə dini tolerantlığın əhəmiyyəti və ekstremizmin dağıdıcı, zərərli olması vurğulanıb, həmçinin dünyada tolerantlığın müdafiəsi istiqamətində dövlət nümayəndələri, din xadimləri və alimlərdən ibarət əməkdaşlıq şəbəkəsinin yaradılması təklif olunub. Azərbaycanın təklifi ilə Bakı Platformasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti də bəşəriyyətə qarşı təhlükə kimi öz əksini tapmışdır. Sənəddə BMT-yə dinlərin rəmzlərinin təhqir olunmasına qarşı sanksiyanın tətbiq olunması üçün zəruri addımların atılması da təklif olunub.
II Forum isə 2013-cü il 29 may - 01 iyun tarixxərində Bakıda keçirilib. Forumda çıxış edən Azərbaycan Prezidenti i.əliyev bildirib ki, gənclərimizin vətənpərvər olması çox sevindiricidir: ”Vətənpərvərlik həm də ölkələr arasında münasibətləri möhkəmləndirir. Öz ölkənə, dininə hörmət başqa ölkələrə və dinlərə də hörməti ehtiva edir”. Dövlət başçısı təəssüflə bildirib ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır: ”Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən, mübarizədən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır”.
Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu söyləyərək demişdir: “Azərbaycanda beynəlxalq multikulturalizm mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. ictimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha da pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik”.
Beləliklə, çoxmillətli və çoxkonfessiyalı ölkə kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Azərbaycan hökumətinin din sahəsində siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır.
Ölkədə mövcud ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi və dini-etik, dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.
Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu həm də ölkəmiz və xalqımızın sahib olduğu yüksək mədəni dəyərlərin nümayişi, möhtərəm Prezidentimizin öz ideyalarına sadiqliyinin, dönməz münasibətinin təzahürü kimi dəyərləndirilə bilər. “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda III Ümumdünya Mədəniyyətlərarası dialoq Forumu multikulturalizmi, tolerantlığı, qarşılıqlı dözümlülük anlayışlarını fərqli bir müstəvidə ortalığa qoydu.
Məlumdur ki, Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişdiyi məkanda, eyni zamanda Avropa və Asiyanın qovuşuğunda yerləşir. Yəqin ki, bu səbəbdən də əsrlər boyu bütün mədəniyyətlər, dini və etnik qrupların nümayəndələri Azərbaycanda formalaşaraq, sülh və əməkdaşlıq şəraitində bir ailə kimi yaşayıblar. Sevindirici haldır ki, bu ənənə müstəqillik dövründə daha da güclənib. Mədəni müxtəliflik ölkəmizdə mövcud olan abidələrin tarixindən də aydın görünür. Məsələn, dünyanın ən qədim məscidlərindən olan şamaxı məscidi 743-cü ildə inşa edilmişdir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz Albanlarının kilsəsi qədim şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi də Azərbaycanın dini-mədəni irsinin tərkib hissəsidir. Xüsusilə əlamətdardır ki, ölkəmizdə multikulturalizmə münasibət dövlət səviyyəsinə qaldırılmışdır.
Məlum olduğu kimi, Prezident i.əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi və Multikulturalizm mərkəzi yaradılıb ki, bu da dövlət tərəfindən bu sahədə atılan mühüm addımlardan biridir. Bu, həmçinin multikulturalizmə Azərbaycan dövlətinin verdiyi yüksək dəyərin göstəricisidir.
Azərbaycan Dövlətinin multikulturalizmi, mədəniyyətlərarası dialoqu dövlət siyasəti səviyyəsinə qaldırdığı bir zamanda dünyanın bir sıra bölgələrində, xüsusilə də şərqdə son illər din-məzhəb ayrı-seçkiliyi, Qərbdə isə irqçilik, islamofobiya, antisemitizm geniş vüsət alır. Bütün bunlar onu göstərir ki, hazırda dünyada mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac var, bu məsələ olduqca vacib və aktualdır. Bu baxımdan “Demoratiya Həftəsi”nin bu mövzu ətrafında keçirilməsi bu gün bəşəriyyəti gündəlik olaraq düşündürən, narahatçılıq doğuran, müxtəlif ölkələr və konfessiyalar daxil olmaqla bu gün dünyanı ciddi imtahana çəkən suallara cavab axtarmaq baxımından yaşadığımız dövrün ən mühüm, həyati bir məsələsini diqqətə çatdırmaqla mühüm əhəmiyyət kəsb edir.
Zeynəb Məmmədyarova,
Sumqayıt Bələdiyyəsi sədrinin müavini,
şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster.